Sosial

Bakının mərkəzində hərəkət məhdudlaşdırılır

Bakının mərkəzində hərəkət məhdudlaşdırılır

Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Demokrat.Az-a verilən məlumata görə, Neftçilər prospektində, Bakı limanına gedən dəmiryol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq, üç gün ərzində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Demokrat.Az

D
demokrat.az