Siyasət

Ermənilər atəşkəsi 23 dəfə pozdu

Ermənilər atəşkəsi 23 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

D
demokrat.az