Hadisə

Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı

Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki hərbi hissənin ərazisində intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə saytımıza hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 26-da hərbi hissə üçün tikilən yeməkxananın damından 1993-cü il təvəllüdlü fəhlə Hüseyn Babayevin meyiti tapılıb. Gənc özünü elektrik naqili ilə asıb.

İstintaq zamanı müəyyən edilib ki, H. Babayev mayın 24-də itkin düşüb. O, 17:00 radələrində evdən çıxıb və o vaxtdan bəri heç kim onu ​​görməyib.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, H. Babayevin özünə qəsd etməsinin səbəbi dəqiqləşdirilir.(oxu.az)

D
demokrat.az