Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dünən – avqustun 25-də gözlənilmədən Azərbaycanın işğal altındakı torpaqlarına gəlib.
Demokrat.Az bildirir ki, Moderator.az işğalçı ölkə liderinin vertolyotla minlərlə soydaşımızın görünməmiş amansızlıqla qanı axıdılmış Xocalı şəhərindəki aeroporta ilk enişini təsvir edən video-görüntülər əldə edib.
Paşinyanı aeroportda Moskva və İrəvanın Qarabağdakı canişini Bako Saakyan, onun xanımı və digər separatçı məxluqlar qarşılayıb.
Həmin görüntüləri Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edirik.


