Abşeronda it dişləyən 53 yaşlı kişi quduzluqdan ölüb.
Demokrat.az xəbər verir ki, Qobu qəsəbəsində 1967-ci il təvəllüdlü Bağiyev Mobruz Sabir oğlu 20 gün əvvəl öz həyətində saxladığı itin hücumuna məruz qalıb.
Xəsarət alan şəxs hadisə baş verən gündən 20 gün sonra xəstəxanaya müraciət edib, lakin o xəstəxanada ölüb. Müayinə zamanı M.Bağıyevin quduzluqdan öldüyü təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.(bakupost.az)


