İdman

"Yuventus"da koronavirus testlərinin cavabı çıxdı

Yuventusda koronavirus testlərinin cavabı çıxdı

İtaliyanın "Yuventus" klubunun futbolçularının koronavirusla bağlı keçdikləri bütün analizlərin nəticəsi mənfi çıxıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidməti bildirib.

Bildirilib ki, mayın 20-də bütün komanda koronavirus ilə bağlı testlərdən keçib. Onların nəticələri neqativ çıxıb.

Bundan əvvəl, komanda bir neçə gün öz bazasında məşq edib. Bütün oyunçular sosial məsafəni qoruyaraq məşqlər keçiriblər.

D
demokrat.az