"Kürəkənim azərbaycanlıdır. Özü də Salyandandır. Ümumiyyətlə demişəm ki, qızlar əcnəbiyə ərə getməsinlər. İnsan yaşa dolduqca öz torpağını, dilini, adət-ənənəsini istəyir".
Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli "İnstaqram"ın canlı yayımında izləyicilərinin suallarını cavablandırarkən söyləyib.
Sənətçi qeyd edib ki, ikinci qızı Əminə hazırda xaricdədir və Bakıya qayıda bilmir: "İkinci nəvəm doğulmuşdu. Əminə getdi onu görməyə. Karantin başladı, yollar bağlandı qaldı orda. İndi qayıda bilmir".(open.az)


