Ermənistanın baş naziri Nikol Paşinyanın babasının böyük vətən müharibəsində iştiraki ilə bağlı müzakirələr davam edir. Erməni ictimaiyyəti və KİV-ləri onun babasının nasist Almaniyası sıralarında döyüşdüyünü bildiriblər. Millət vəkili Sahib Alıyev isə deyir ki, Ermənistan baş nazirinin bu şəkli paylaşması heç də təsadüfi deyil. O, ölkəsində nasizm və faşizm ideologiyasını təbliğ edir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində iştirak edən babasının fotosu ətrafındakı müzakirələr səngimir. Paşinyan bu fotonu paylaşdıqdan dərhal sonra əslində onun Sovetlər birliyinə qarşı vuruşması ilə bağlı faktların üzə çıxması EErmənistan baş nazirinin əsl xislətindən xəbər verir.
Millət vəkili Sahib Alıyev deyir ki, Paşinyan babasının şəklini paylaşarkən bu məlumatların üzə çıxacağını da çox güman ki, əvvəlcədən təxmin edib.
Görünür Paşinyan bilərəkdən əslində faşizmin təbliği ilə məşğuldur. Çünki Ermənistanda hələ Qroriyan kilsəsindən üzü bəri digər xalqlara nifrət üzərində köklənmiş ideyologiya mövcuddur. Elə buna görədir ki onlar nasizm və faşizm ideyologiyalarına rəğbətini gizlədə bilmir.
Qeyd edək ki bu məlumatlar yayıldıqdan sonra bəzi erməni saytları həmin şəxsin Paşinyanın babası olmadığını sadəcə ad və soyad oxşarlığı olduğu barədə xəbərlər yaymaqla guya vəziyyəti düzəltməyə çalışıblar. Amma bu da bir faktdır ki, keçmiş SSRİ ölkələri arasında say nisbətilə götürdükdə Hitler Almaniyasına xidmət edənlər arasında ermənilər birinci yerdədir. Sahib Alıyevin sözlərinə görə həmin dövrdə 300 min erməni cəbhəyə çağırılıb ki, bunun da 30 mini legioner olub. Hətta müharibə ərəfəsində bir neçə dəfə cəbhə dəyişdirən erməni batalyonunu olması da tarixi faktdır.


