Sosial

"Atan 10 günlük Türkiyəyə gedir, orada kasıblara kömək edəcək" — Kamildən qızına

Atan 10 günlük Türkiyəyə gedir, orada kasıblara kömək edəcək — Kamildən qızına

Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

Demokrat.az azxeber.com-a istinadən xəbər verir ki, o xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.

Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.

İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib. O sosial şəbəkədə yazıb:

"Bu sözlər, mənə bu gün, çox pis təsir etdi.

Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”

Demokrat.az

D
demokrat.az