ATV televiziya kanalının yayımı 1 saatlıq dayandırılıb.
Demokrat.az xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.
Qeyd olunub ki, 1 may 2020-ci il tarixdə ATV televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub.


