Hadisə

Bakıda insan skeleti tapıldı — Cinayət işi başlandı

Bakıda insan skeleti tapıldı — Cinayət işi başlandı

Xəzər rayonunda insan skeleti tapılıb.

Demokrat.az xəbər verir ki, insana aid sümüklər dünən gecə Şüvəlan qəsəbəsi, "Dostluq" düşərgəsinin ərazisində aşkarlanıb.

İlkin məlumata görə, 4-5 illik olan insan qalıqları üzərində zorakılıq əlamətləri olmayıb. Sümüklər məhkəmə-tibbi ekspertizasına göndərilib. Sümüklərin kimə məxsus olması, ölümün səbəbi və digər suallara ekspertizanın rəyindən sonra aydınlıq gələcək. Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

D
demokrat.az