Sosial

Milli Məclisin 80-dən çox əməkdaşı işdən çıxarıldı

Milli Məclisin 80-dən çox əməkdaşı işdən çıxarıldı

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb:

“Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M.Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.(apa.az)

D
demokrat.az