Sosial

İftardan sonra bunu etmək infarkt riskini artırır — XƏBƏRDARLIQ — VİDEO

İftardan sonra bunu etmək infarkt riskini artırır — XƏBƏRDARLIQ — VİDEO

Bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir.

Kardioloq isə bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmdə nikotin əksikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu çox təhlükəlidir.

Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Oqtay Musayev - kardioloq: "Orqanizmin balansını poza bilər. Ən çox qorxduğumuz isə damarlarda spazım verə bilər. Karanal damarlarda spazım verərsə, bu spazm nəticəsində infarkt təhlükəsi qısa müddətdə özünü göstərə bilər. Ani infarktlar yarada bilər. Təbi ki bu da ani ölümlər, çox ciddi ağırlaşmalara səbəb olur. Siqaretin çoxlu miqdarda çəkilməsi qanın qatlığını daha da artırır, tromplaşmalara səbəb ola bilər ki, bu da damarlarda troplaşmaya gətirib çıxardır".

Həm iftarda, həm də sonrakı saatlarda çox yemək və maye qəbul etmək də orqanizm üçün zərərlidir.

Oqtay Musayev - kardioloq: "Birdən-birə çoxlu miqdarda yemək qəbulu da ani təzyiq qalxmalarına səbəb ola bilər. Xüsusən də ürək problemi olan, ürəyində problemi olan insanlarda ürək-damar problemlərinin birdən-birə kəskinləşməsinə səbəb ola bilər.

Ona görə də düzgün qidalanma və sağlam qidalanmaya riayət etmək lazımdır".

Həkim həmçinin məsləhət gördü ki, iftarı açandan sonra sulu yeməklər və bol meyvə-tərəvəz qəbul etmək məsləhətdir.

D
demokrat.az