Sosial

TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər

TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər

“Əgər situasiya yenidən belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.

Demokrat.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: “Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”, deyə Y.Qarayeva bildirib.

D
demokrat.az