Hadisə

Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Demokrat.az-ın məlumatına görə, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az