Şou-biznes

"Roza kimdir ki, namusdan, qeyrətdən dərs keçsin" — Ülviyyə Alovludan QALMAQALLI SÖZLƏR

Roza kimdir ki, namusdan, qeyrətdən dərs keçsin — Ülviyyə Alovludan QALMAQALLI SÖZLƏR

“Nə mənası var boş-boş efirlərə çıxmağın? Camaat pul qazanacaq mənim danışmağımdan, yol pulu xərclə, makiyaja pul tök nəyimə lazımdır?”

Demokrat.az xəbər verir ki, bu sözləri jurnalist Ülviyyə Alovlu canlı yayımda deyib:

“Bir normal veriliş var ki, gedim çıxım o verilişə? Qonaqlar hamısı eyni… Qonaqları ya söymək üçün, ya da soymaq üçün efirə çağırırlar. Özünə hörmət edənləri efirdə görmürəm, çıxırlarsa da məcburiyyətdən çıxırlar. Harda ciddi söhbət olurdu, Xoşqədəm onları efirə vermirdi. O verilişdə ki, mən Roza kimilərlə ekspert kimi eyni oturacağamsa neynirəm o verilişi?!

Müğənni kimdir ki, ekspert olaraq orda otursun camaata namusdan – qeyrətdən dərs keçsin. Müğənninin işi oxumaqdır. O müğənni gəlir oturur millətə namusdan qeyrətdən dərs keçirsə, günah onun özündədir. Çünki sənəti yoxdur. Sənəti olsa ancaq sənətdən danışar. Mən onlarla necə otura bilərəm? O adamların şəxsi həyatın beş barmağım kimi bilirəm”.(big.az)

D
demokrat.az