İqtisadiyyat

Neftin qiyməti ucuzlaşandan sonra qonşu ölkələrdə valyuta MƏZƏNNƏLƏRİ

Neftin qiyməti ucuzlaşandan sonra qonşu ölkələrdə valyuta MƏZƏNNƏLƏRİ

Azərbaycana qonşu olan ölkələrdə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında hər gün dəyişir.

Demokrat.az xəbər verir ki, dolların məzənnəsində dəyişiklik ən çox Rusiyanın milli valyutası olan rublda özünü göstərir.

Belə ki, bu günə olan rəsmi məzənnədə 1 dollar 76,50 rubla satılır. Ötən həftə (74,79) ilə müqayisədə rubl nisbətən ucuzlaşıb.

Bundan başqa son bir həftə ərzində Türkiyə lirəsi dollar qarşısında 1 dollar üçün 6,9 lirə təşkil edib.

Digər bir qonşumuz Gürcüstanda da milli valyuta - lari dollar qarşısında nisbətən ucuzlaşıb. Son bir həftə ərzində dolların məzənnəsi 3,14 laridən 3,16 lariyə qalxıb.

İran İslam Respublikasının valyutası isə 1 dollar qarşısında həftə ərzində 42,5 real olaraq qalıb.

Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.

D
demokrat.az