Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Koronavirus təhlükəsinə qarşı mübarizədə media və qeyri-hökümət təşkilatlarının əməkdaşlığı” mövzusunda birgə onlayn konfrans keçirilir.
Demokrat.az xəbər verir ki, 270 QHT və Media nümayəndələri onlayn konfransda iştirak edirlər.
MŞ sədri Əflatun Amaşov çıxışında birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına QHT və KİV-nin əməkdaşları aksyaya qoşulmağa dəvət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədri, Milli Məclisin deputatı Azay Quliyev bu təklifə dəstək verərək növbəti həftə ərzində bu aksiyaya qoşulması üçün lazımi işlərin aparılmasını vacib bilib.


