Ağdaşda bir qrup gəncin şəhərdən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib.
Demokrat.az-ın DİN-ə istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən həmin 17 nəfər saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub.
Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.


