Sabah Milli Məclisdə qanvermə aksiyası keçiriləcək.
Demokrat.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentdə çıxışı zamanı bildirib. O deyib ki, Milli Məclis də birinci vitse-spiker Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulur.
Sabah saat 12-də Milli Məclisin binasında qanvermə askiyası keçiriləcək, deputatlar və Milli Məclisin Aparat işçiləri bu aksiyada iştirak edərək qan verə bilərlər.


