Milli Məclisin deputatı Aydın Mirzəzadənin yaxın dostu olan həkim koronavirusa yoluxub.
Demokrat.az-ın xəbərinə görə, bu barədə A.Mirzəzadə özü məlumat verib.
"Yaxın dostum olan və ixtisası üzrə tanınmış bir həkim var. Bilirdim ki, koronavirus xəstələrinin müalicəsində iştirak edir və günlərlə xəstəxanadan çıxmır. Bu gün hal-əhval üçün ona zəng etdim. Özünün də xəstəxanada ehtiyatsızlıqdan koronavirusa yoluxduğunu və bir neçə gündür ciddi karantn rejimində müalicə aldığını dedi. Allah şəfa versin. Həkimlərimiz canlarını fəda edirlər, onlar günümüzün qəhrəmanlarıdır" – A.Mirzəzadə qeyd edib.


