Sosial

Sığortasız avtomobillərlə bağlı QƏRAR

Sığortasız avtomobillərlə bağlı QƏRAR

“Ola bilsin ki, karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində müəyyən məhdudiyyətlər var. Ona görə də nəqliyyat vasitələrinin sahiblərinin icbari sığorta müqaviləsi bağlaması mümkün olmaya bilər”.

Demokrat.az-ın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi göstəriş verib ki, texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanma karantin müddətində dayandırılsın.

D
demokrat.az