Hadisə

“Köhnə Hamam”da kişi meyiti tapıldı

“Köhnə Hamam”da kişi meyiti tapıldı

Bakıda kişi meyiti tapılıb.

Demokrat.az-ın xəbərinə görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonovdur.

Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.(apa.az)

D
demokrat.az