Bakının Yasamal rayonunda yanğın baş verib.
Demokrat.az-ın xəbərinə görə, hadisə Dadaş Bünyadzadə 12 ünvanında qeydə alınıb.
10 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində elektrik şitində partlayış olub. Daha sonra elektrik xətləri alovlanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Sakinlər təxliyə olunub.(APA)





