Gündəm

Karantinə alındığı deyilən 80 yaşlı deputatla bağlı açıqlama: "Özünü 15 yaşlı oğlan kimi hiss edir..."

Karantinə alındığı deyilən 80 yaşlı deputatla bağlı açıqlama: Özünü 15 yaşlı oğlan kimi hiss edir...

23 saylı Nəsimi-Səbail seçki dairəsinin deputatı Ziyad Səmədzadə özünü 15 yaşlı oğlan kimi hiss edir.

Demokrat.az xəbər verir ki, bu barədə deputatın köməkçisi Firuzəxanım Qəribova yenidən Aztimes.az-a məlumat verib.

Qeyd edək ki, deputatın köməkçisi ona müraciət edən jurnalistə bildirmişdi ki, Ziyad Səmədzadə hazırda karantindədir.

Jurnalistlə yenidən əlaqə saxlayan Firuzəxanım Qəribova:

“Ziyad müəllimin səhhəti yerindədir. Heç bir narahatlığı yoxdur. Həmçinin o, şəxsən karantinə alınmayıb, sadəcə olaraq bütün ölkə #evdəqal kampaniyasına qoşulub, eləcə də Ziyad Səmədzadə.”-deyə qeyd edib.

D
demokrat.az