Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Demokrat.az-ın xəbərinə görə, hadisə Xaçmaz-Niyazoba yolunda qeydə alınıb. "Hyundai" markalı maşının aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib. Xəsarət alan Kamran Abbasov isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, dünyasını dəyişən şəxs Xaçmazda iş adamının oğludur. Faktla bağlı araşdırma aparılır.(APA)
Azərbaycanda iş adamının oğlu yol qəzasında öldü
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


