Gündəm

Azərbaycanda nazirdən yeni təyinat

Azərbaycanda nazirdən yeni təyinat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilib.

Demokrat.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Əmrə əsasən, Hikmət Əlizadə qurumun yeni yaradılan xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, H.Əlizadə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəisi olub.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.(oxu.az)

D
demokrat.az