Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan İdris Rəcəbov həbs edilib.
Demokrat.az-ın xəbərinə görə, Yevlax rayon sakini İdris Rəcəbov rayon ərazisində 15 yaşlı qızla cinsi əlaqədə olub.
Bundan sonra qız İdris Rəcəbovun barəsində polisə şikayət edib.
İdris Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ruslan Əlizadənin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.
Fariz Məlikli Demokrat.az


