Hadisə

Abşeronda üç avtomobil toqquşdu — Xəsarət alan var

Abşeronda üç avtomobil toqquşdu — Xəsarət alan var

Abşeronda zəncirvari qəza baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əliyev Heydər Mətləb oğlu xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Əliyevə döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az