Siyasət

Vətəndaşlarımızın təxliyəsi davam edir — VİDEO

Vətəndaşlarımızın təxliyəsi davam edir — VİDEO

Bu gecə Budapeşt-Bakı çarter reysi təşkil ediləcək

Azərbaycan hökuməti xidməti və şəxsi səfərlərlə əlaqədar müvəqqəti olaraq Macarıstanda qalmış vətəndaşlarımızın ölkəyə təxliyə olunması ilə əlaqədar bu gün Budapeşt-Bakı birbaşa çarter reysi təşkil edəcək.

REAL TV-yə bu barədə məlumatı Azərbaycanın Macarıstandakı Səfirliyindən verilib.

Bildirilib ki, çarter reysi Budapeşt vaxtı ilə saat 20.00-da, Bakı vaxtı ilə saat 23.00-da gerçəkləşəcək. İlk növbədə WizzAir şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur.

"Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər WizzAir şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq. Hazırda isə azərbaycan vətəndaşlarının siyahısı tərtib olunur" deyə səfirlik nümayəndəsi bildirib.

Əlavə olaraq bildiririk ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanına enişi zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasının tətbiq etdiyi qaydalara ciddi şəkildə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

D
demokrat.az