Azərbaycanda qadınları insan alverinə cəlb etməkdə təqsirli bilinən Sevinc Mustafayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.
Hazırlıq iclasının vaxtı açıqlanmayıb.
İttihama görə, Sevinc Mustafayeva Azərbaycan vətəndaşı olan qadınları ölkə hüdudlarından kənara aparıb, orada cinsi istismara məruz qoymaqda təqsirləndirilib.
İstintaq orqanı tərəfindən Sevinc Mustafayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 8 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Fariz Məlikli


