Siyasət

Ukraynanın yeni səfiri Elmira Axundova kimdir? — DOSYE

Ukraynanın yeni səfiri Elmira Axundova kimdir? — DOSYE

Xəbər verdiyimiz kimi, Elmira Axundova Prezidentin sərəncamı ilə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Demokrat.az təyinatı reallaşmış yeni səfirin dosyesini təqdim edir:

E.Axundova nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatıdır.

Prezidentinin sərəncamı ilə 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

2018-ci ilin mayın 25-də İlham Əliyevin digər sərəncamı ilə Elmira Axundovaya Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycanın “Xalq yazıçısı” fəxri adı verilib.

Demokrat.az

D
demokrat.az