Sosial

Ceyhun Bayramov təhsil işçilərinin maaşlarından danışdı

Ceyhun Bayramov təhsil işçilərinin maaşlarından danışdı

"İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub".

Demokrat.azxəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əməkhaqqlarının ödənilməsi qaydasından danışarkən deyib.

"Bizim insanların əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir.

Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək", - deyə Təhsil naziri bildirib. (report)

Demokrat.az

D
demokrat.az