Belçikada Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəli uçurulub.
Demokrat.azxəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belçikanın Vaterlo şəhərində XIX əsr Azərbaycanın görkəmli şairi, Qarabağın sonuncu xanımı, Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Natəvanın şərəfinə ucaldılmış abidə sözün əsl mənasında vandalizmə uğrayıb.
İddia olunur ki, onun abidəsi ermənilər tərəfindən acınacaqlı vəziyyətə salınıb.
Məsələyə Xarici İşlər Nazirliyi münasibət bildirib.Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki,hadisə ilə əlaqədar lazımi tədbirlər görülür:
“Belçikanın Vaterloo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterloo polisi tərəfindən cinayət işi açılıb”.
“Heykəl Vaterloo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır. Əlbəttə, bu vandalizmin Ermənistan Baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar.
Məsələ Səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”. (Oxu.az)


