Hadisə

Hicablı feminist aksiyada iştirakına görə dayısı tərəfindən döyüldü — FOTO

Hicablı feminist aksiyada iştirakına görə dayısı tərəfindən döyüldü — FOTO

Feministlərin icazəsiz 8 Marş aksiyasının hicablı iştirakçısı Zəhra Kələntərova şiddətə məruz qalıb.

Demokrat.azxəbər verir ki, aksiyanın səhəri günü - 9 mart tarixində dayısı evlərinə hücum çəkib.

Aksiyada iştirak etdiyinə görə Zəhranı döyüb, təhqir edib və boğmağa çalışıb. Anası Fatimə xanım qızını qorumaq istəyərkən onu da döyüb. Bacısını və bacısı qızını döyməklə sakitləşməyən dayı evdəki bəzi əşyaları sındırıb. Gedərkən Zəhranı və anasını öldürəcəyilə təhdid edib.

Qeyd edək ki, Zəhranın 16 yaşı var. (BAKU.WS)

Hicablı feminist aksiyada iştirakına görə dayısı tərəfindən döyüldü — FOTO

Demokrat.az

D
demokrat.az