Gündəm

Adil Əliyev Milli Məclisin vitse-spikeri seçildi

Adil Əliyev Milli Məclisin vitse-spikeri seçildi

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

Demokrat.az-ın xəbərinə görə, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) isə vitse-spiker seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

D
demokrat.az