YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavini Fatma Yıldırım vəzifəsindən azad edilib.
Demokrat.az-ın xəbərinə görə, bu barədə F.Yıldırım özü məlumat verib.
“Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində son iş günüm idi. Nə xoş ki, yolum bu Komitədən keçdi və sizi tanıdım, dəyərli həmkarlarım. Göstərdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, bu kollektiv bundan sonra da çox nailiyyətlər əldə edəcək. İndi əmək fəaliyyətimdə yeni səhifə açılır. Çıxdığım şərəfli və məsuliyyətli yolda məni böyük hədəflər gözləyir. Ümid edirəm ki, mənə olan inam və etimadı doğruldaraq vəzifəmin öhdəsindən layiqincə gələcəm” – F.Yıldırım qeyd edib.
Qeyd edək ki, F.Yıldırım VI çağırış Milli Məclisə deputat seçilib.


