Sosial

Bakını duman bürüdü, sürət həddi endirildi

Bakını duman bürüdü, sürət həddi endirildi

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən məlumata görə, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Demokrat.az

D
demokrat.az