Hadisə

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

Ağstafa rayonu ərazisində polis avtomobili ilə digər polis əməkdaşını vuraraq öldürüb.

Oxu.az-ın məlumatına görə, hadisə zamanı magistral yolda hərəkətdə olan polis avtomobili avtobusdan düşən digər polis əməkdaşını vurub.

Nəticədə, 1982-ci il təvəllüdlü Fərhad Abdullayev adlı polis əməkdaşı həyatını itirib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az