Gündəm

"Aptek sahiblərinin vicdanı yoxdur?" — Hafiz Hacıyev koronavirusdan DANIŞDI

Aptek sahiblərinin vicdanı yoxdur? — Hafiz Hacıyev koronavirusdan DANIŞDI

Xəbər verdiyimiz kimi koronavirusa görə martın 3-dən 10-na kimi Ali və orta məktəblərdə, eləcə də baxçalarda tədris dayandırılıb. Digər müəssisələrin də fəaliyyəti dayandırıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, koronavirusa görə orta, ali məktəblərdə və bağçalarda tədris müvəqqəti dayandırılıb:

"İranla sərhədlərimiz gərək zamanında bağlanardı. Sərhədləri bağlamaqda bir az gecikdilər. Səhiyyə Nazirliyi bu xəstəliklə bağlı ciddi işlər görsə, daha yaxşı olar. Azərbaycanda bu virusla mübarizəyə hər birimiz hazır olmalıyıq. Düşünürəm ki, hələ ki, digər müəssisələrdə işlərin dayandırılmasına ehtiyac yoxdur. Boş-boşuna çox da təşvişə düşməyə də gərək yoxdur. Bir neçə dövlətdə bu virus var. Çin və İran kimi ölkələrdə var. Bizə də gəlib çatıbdir. Gərək bizə gələnə kimi bunun qarşısı alınardı. Koronavirusa görə Azərbaycanda bütün müəssisələrin fəaliyyətinin dayandırılmasına ehtiyac yoxdur. Düşünürəm ki, koronavirus ideoloji müharibə aparan ölkələrə hesablanan addımlardan biridir. Bütün səhiyyə orqanları bu xəstəliklə mübarizəyə hazır olmaldır. Dövlət orqanları tərəfindən ciddi işlər görülməkdədir. Xalq olaraq biz də əlimizdən gələni etməliyik. Ən önəmlisi isə gigiyenik qaydalara riayyət etməliyik. Təəssüf ki, bu xəstəliyi də öz xeyirləri üçün istifadə edən işbazlar da az deyil. Elə insanlar var ki, yaranan hər fürsətdən istifadə edir. Bu apteklərin sahiblərinin vicdanları yoxdurmu? Spirtin və tibbi maskaların koronavirusa görə qiymətlərinin qaldırılması çox gülüncdür. Bizim bəzi iş adamları pul qazanmaq üçün fürsət axtarır. Düşünürəm ki, bu sahələr ciddi nəzarətə götürülməlidir. Bizim iş adamları bir balaca da olsa, bu məsələdə vicdanlı olmalıdır. Azərbaycan xalqına qarşı bu cür qərəzli mövqedən çıxış etməməlidir. Düşünürəm ki, iş adamları və aptek sahibləri müsəlman olduqlarını unutmamalıdır. Spirt və maskadan artıq gəlir əldə etmək üçün onları baha qiymətə satmasınlar. Heç olmasa, bu məsələdə vicdanlarının səsinə qulaq assınlar".

Demokrat.az

D
demokrat.az