Paytaxtın Səbail rayonunda maraqlı hadisə baş verib.
Demokrat.az xəbər verir ki,unikal.org-un əldə etdiyi məlumata görə, İstiqlaliyyət küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında təcili tibbi yardım maşınından düşən xüsusi geyimli həkimlər həyacana səbəb olub.
Belə ki, xüsusi geyimdə olan həkimlər əraziyə koronavirus şübəhi olan şəxsi yoxlamağa gəldikləri deyilir. Bu da görənlərin həyəcanına səbəb olub.
Videogörüntüləri ətrafdakışəxslər qeydə alıblar.


