Sosial

Fazil Mustafa Prezident Administrasiyasına çağırıldı

Fazil Mustafa Prezident Administrasiyasına çağırıldı

Böyük Quruluş Partiyasının başqanı, Fazil Mustafa da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsininə dəvət edilib.

Demokrat.az xəbər verir ki, bu barədə F.Mustafa özü məlumat yayıb.

"Ötən gün Böyük Quruluş Partiyasının başqanı kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüşdə oldum. Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu",- deyə F.Mustafa bildirib.

Demokrat.az

D
demokrat.az