Gündəm

Daha 9 məntəqənin nəticələri etibarsız sayıldı

Daha 9 məntəqənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

Demokrat.az

D
demokrat.az