YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

"Sabah" Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - FOTO

Sabah Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - FOTO

"Sabah" klubu "Barselona" ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bununla bağlı komandanın sosial şəbəkə hesablarında paylaşım edilib.

""Sabah" – "Barselona" qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.

"Sabah" FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.

Sabah Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - FOTO

NE
Nihadə Eyyubova