YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Məzuniyyət qaydaları dəyişir — Açıqlama

Məzuniyyət qaydaları dəyişir — Açıqlama

Azərbaycanda əmək məzuniyyətinin minimum müddətinin, yəni 21 təqvim gününün pul kompensasiyası ilə əvəz olunmasının qadağan edilməsi təklif edilir. Dəyişikliyə əsasən, yalnız əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilə biləcək.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir işçi gündəlik iş vaxtından sonra, iş həftəsinin sonunda və il ərzində istirahət etməlidir.

Məzuniyyət qaydaları dəyişir — Açıqlama

Onun sözlərinə görə, bu, eyni zamanda əməyin mühafizəsi məsələsidir:

"Əvvəllər əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsi qadağan edilmişdi. Lakin sonradan məlum oldu ki, bir çox işçinin istifadə edilməmiş məzuniyyət günləri toplanıb qalır. Buna görə də məzuniyyətə çıxmaq əvəzinə onun pul kompensasiyasını almaq imkanı yaradıldı. İndi isə bu qaydanın yenidən məhdudlaşdırılması nəzərdə tutulur.

Bunun səbəblərindən biri işçilərin öz ərizələri ilə məzuniyyətə çıxmaqdan imtina etməsi və sonradan istifadə edilməmiş məzuniyyət günlərinə görə pul kompensasiyası tələb etməsi idi. Son dəyişikliklərə əsasən isə işəgötürənə belə bir hüquq verilib ki, işçi özü ərizə ilə müraciət etməsə belə, ona yazılı xəbərdarlıq etməklə öz mülahizəsinə əsasən əmək məzuniyyəti təqdim edə bilsin.

Əslində, həm işçi, həm də işəgötürən bu qaydalara əməl etməli, işçinin məzuniyyətdən istifadə etməsini təmin etməlidir. Məzuniyyətin verilməsi mümkün olmadıqda isə pul kompensasiyası məsələsi əmək müqaviləsinə xitam verilərkən gündəmə gəlməlidir.

Məntiq baxımından bu yanaşma anlaşılandır. Çünki söhbət təkcə əmək münasibətlərindən deyil, həm də əməyin mühafizəsindən, insan sağlamlığından və Konstitusiya ilə təmin olunan istirahət hüququndan gedir. Ancaq bu qaydanın praktikada tətbiqi zamanı yenə də bir sıra problemlərin ortaya çıxacağı gözlənilir".