Gündəm

MSK 3 dairə haqqında QƏRAR VERDİ

MSK 3 dairə haqqında QƏRAR VERDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müracitələrə baxılır.

Demokrat.az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova bildirib ki, 99 saylı Şəmkir Kənd Seçki Dairəsindən müraciət daxil olub.

Müraciətin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsi barədə qərar çıxarılıb.

27 saylı Sabunçu İkinci Seçki Dairəsindən daxil olan müraciətin də müvafiq DSK-ya göndərilməsi barədə qərar qəbul olunub.

MSK 121 saylı Laçın Seçki Dairəsi üzrə daxil olan şikayətlərin də müvafiq DSK-ya göndərilməsi barədə qərar qəbul edib. (oxu.az)

Demokrat.az

D
demokrat.az