YapiKredi Müraciət Forması
İdman

"Qarabağ" "Qəbələ" ilə heç heçə etdi

Qarabağ Qəbələ ilə heç heçə etdi

Misli Premyer Liqasının X turunda "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib.

Demokrat.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" 19 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cu yerdədir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Turan Tovuz" doğma meydanda "Sabah"ı 3:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçı isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

NE
Nihadə Eyyubova