YapiKredi Müraciət Forması
Sosial

Gəncədə su israfına qarşı növbəti maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

Gəncədə su israfına qarşı növbəti maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

"Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncədə su israfı əleyhinə maarifləndirmə" layihəsi çərçivəsində növbəti görüşünü Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində alimlər və elmi işçilərlə keçirib.

Demokrat.az xəbər verir ki, görüşdə layihənin məqsəd və vəzifələri barədə məlumat verilib, Azərbaycanın su ehtiyatlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Həmçinin Gəncə şəhərinin su ehtiyatları və mənbələri, su təchizatı sistemində mövcud vəziyyət və gələcək planlar müzakirə olunub.

Tədbir zamanı "Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı" (SECAP) çərçivəsində Gəncə şəhəri üzrə hazırlanmış hesabat iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə vurğulanıb ki, son illərdə iqlim dəyişikliyi nəticəsində dünyada su qıtlığı probleminin kəskinləşməsi, xüsusilə şirin su mənbələrinin azalması ciddi narahatlıq doğurur. Azərbaycan, o cümlədən Gəncə şəhəri də bu problemdən kənarda qalmır. Buna görə də su ehtiyatlarının qorunması və sudan səmərəli istifadə vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Müzakirələr zamanı iştirakçılar gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması üçün əhali ilə sistemli maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd ediblər. Həmçinin Gəncə şəhərində yarımçıq qalmış su-kanalizasiya sisteminin yenilənməsi işlərinin başa çatdırılması və su təchizatında sayğac sisteminə tam keçidin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi Gəncə şəhərində əhali arasında su ehtiyatlarından səmərəli istifadə vərdişlərini formalaşdırmaq, su israfını azaltmaq və ekoloji məsuliyyətli davranışları təşviq etməklə su resurslarının qorunmasına töhfə verməkdir.

Görüşün sonunda bildirilib ki, su ehtiyatlarının qorunması istiqamətində ziyalıların maarifləndirmə prosesinə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Ziyalılar vasitəsilə ailə üzvlərinin və daha geniş ictimaiyyətin məlumatlandırılması Gəncə əhalisi arasında suya qənaət mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verə bilər.

"Gəncədə su israfı əleyhinə maarifləndirmə" layihəsi çərçivəsində keçirilən görüşlər su ehtiyatlarının qorunması, sudan məsuliyyətli istifadə vərdişlərinin təşviqi və şəhər əhalisinin ekoloji maarifləndirilməsinə xidmət edir.

1 / 5