YapiKredi Müraciət Forması
Dünya Özəl

Kral Fəhd hava limanına dron hücumu - Ölən və yaralananlar var

Kral Fəhd hava limanına dron hücumu - Ölən və yaralananlar var

Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanı dron hücumuna məruz qalıb. Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizə aparan hökumət qüvvələrini dəstəkləyən ərəb koalisiyasına rəhbərlik edir. Krallıq husilərin mövqelərinə hava zərbələri endirir. Husilər isə buna cavab olaraq Səudiyyə Ərəbistanının infrastrukturunu hədəf alan hücumlar həyata keçirirlər.

Jalə