Marketlərdə satılan bitki yağlarının qiyməti və çeşidi fərqli olsa da, onların keyfiyyəti və tərkibi istehlakçılar üçün əsas məsələlərdən biri olaraq qalır. Xüsusilə ucuz yağların istehsalında istifadə olunan xammal, məhsulun tərkibi və etiketdə göstərilən məlumatlar suallar doğurur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, kərə yağında və digər məhsullarda qiymət heç də hər zaman keyfiyyət və yaxud da təhlükəsizlik göstəricisi deyil.

Onun sözlərinə görə, burda diqqət olunacaq əsas məqam yağın tərkibində süd yağının minimal faizidir ki, bu da 82 və 82,5% olmalıdır və mütləq şəkildə əsas məhsulun əsas hissəsini inək südü və yaxud da qaymağından təşkil olunmalıdır:
"Laborator analizləri cəlb olunduqda burda daha çox tərkibindəki turşuluq, peroksid sayı, suyun miqdarı bunlar yoxlanılır. Eyni zamanda da mikrobioloji analizlər aparılır ki, burda da patogen bakteriyaların olub-olmaması aydınlaşdırılır. Xüsusilə idxal mallarında əgər xaricdən gəlirsə, bu zaman gəldiyi ölkəyə görə eyni zamanda da Avropa standartlarına, Avropa Birliyinin və Codex Alimentariusun standartlarına uyğun şəkildə olmalıdır. Və nəzərə almaq lazımdır ki, burda bəzən kərə yağı adı altında müxtəlif yağlar satılır ki, üzərində kərə yağı qeyd olunsa da, etiket məlumatlarında bitki yağından əldə edilmiş bitki süd qarışığı və yaxud da yağ məhsulu, spred, digər bu kimi sözlər yazılır ki, bunlar təbii kərə yağı hesab olunmur. Ona görə mütləq etiket məlumatlarında da doğruluq özünü göstərməlidir ki, bu məqamlara da diqqət olunmalıdır. Qiymət artımı isə məhsulun keyfiyyəti ilə yanaşı, eyni zamanda dünya bazarındakı qiymətlər, logistika xidmətləri və digər xərclər əlavə olunduqda qiymət artımı da baş verə bilər, bunlara da diqqət olunur. Və nəzərə almaq lazımdır ki, qeyd olunan trans yağlar, bitki yağları var ki, bunlar birbaşa olaraq xroniki xəstəliyi olan insanlarda, azyaşlılarda, yuxarı yaşlı insanlarda, hamilə qadınlarda xəstəliyin sürətlənməsinə və yaxud da sağlamlığın zədələnməsinə, inkişafda olan yaş dövrü 18-25 yaşa qədər olanlarda inkişafdan geri qalma, ürək-damar xəstəlikləri riskin artmasına da gətirib çıxarda bilər. Eyni zamanda da orqanizmdə müəyyən metabolik yüklənmələr də yaranır ki, xüsusilə də bu uşaqlar və böyüklər üçün risklidir. Bu məqamlara da diqqət olunması ister idxal məhsullarında toptan satış yerlərində, istərsə də ayrı-ayrılıqda tədarükçülər alarkən də mütləq keyfiyyətli yağ olmasına diqqət etməlidirlər. Gün ərzində enerjili olmaq üçün, orqanizmin sağlam inkişafını təmin etmək üçün mütləq şəkildə yağ qəbul etməsi vacibdir və bu, hər bir insanın yaşına görə, cinsinə görə, gündəlik fiziki aktivliyinə görə gündəlik qəbul edəcəyi yağ miqdarı fərqlidir. Və ümumiyyətlə nəzərə alsaq ki, yağ insan orqanizmində parçalanmasına görə daha çox enerji tələb eləyir. Ona görə də mütləq şəkildə yağı qəbul edərkən orqanizmin sağlamlığına zərər vurmamaq üçün keyfiyyətli, mənşəyi bəlli olan yağlardan istifadə etmək lazımdır. Adətən yağları heyvan və bitki mənşəli qidalardan alırıq ki, burada da onları doğru şəkildə istifadə etməsək, doğru şəkildə mənbədən qəbul etməsək, faydaları ilə yanaşı eyni zamanda zərərləri də ola bilər. Yaxşı olar ki, ümumiyyətlə heyvan mənşəli yağları qəbul edəcəyiksə, bu, adətən heyvanın südündə daha çox olur, eyni zamanda da heyvan ətərində də yağ olur ki, burada heyvan mənşəli yağlar da əsasən doymuş yağ turşularından ibarətdir tərkibi. Bu da təbii ki, orqanizmin enerji ehtiyacını ödəyir, eyni zamanda da düzgün şəkildə hormon balansının təmin olunmasında əsas rol oynayır və tərkibində A, D, E vitaminləri və bir çox yağda həll olan digər vitaminlər var ki, bu heyvan növünə görə dəyişir. Eyni zamanda da heyvan yağları insan orqanizmində qəbul edərkən daha çox kalori alınır və daha çox fiziki aktivliklə məşğul olan insanlar, idmanla məşğul olan insanlar heyvan tərkibli yağları qəbul edərkən daha tez enerjiyə çevirə bilirlər. Və yaxşı olar ki, heyvan mənşəli yağları qəbul edərkən miqdarı keçməmək də çox önəmlidir. Eyni zamanda da gözlərin sağlamlığı üçün, immun sistemin güclənməsi üçün, sümüklərin sağlamlığı üçün də yenə də heyvan mənşəli qidalardan, xüsusilə yağlardan istifadə etmək tövsiyə olunur və tərkibində omeqa-3, omeqa-6 yağ turşuları var ki, bunlarda əvəzsiz yağ turşularıdır ki, eyni zamanda da bunlar həm də ürək-damar sağlamlığı üçün faydalıdır. Lakin nəzərə almaq lazımdır ki, ət və süd məhsullarındakı olan heyvan yağları yüksək miqdarda doymuş yağlar olduğuna görə bunlar daha çox orqanizmdə xolesterol səviyyəsini artırır. Əgər artıq miqdarda qəbul edəcəksə və yaxud da xroniki xəstəlikləri olan, ürək-damar xəstəlikləri olan, hipertoniyadan əziyyət çəkən insanlar heyvan mənşəli yağlardan az miqdarda istifadə etməlidir ki, əks halda ürək-damar xəstəlikləri riski arta bilər ki, buna da diqqət etmək lazımdır. Və bundan artıq çox heyvan mənşəli yağ qəbul edən insanlarda artıq çəki, piylənmə və metabolizmin pozulması ilə də rastlaşa bilərlər".
Ekspert əlavə edib ki, bitki yağlarında isə daha çox doymamış yağ turşuları var, eyniilə omeqa-3, omeqa-6 yağ turşuları da bitki yağlarında daha çoxdur:
"Daha çox ürək, mərkəzi beyin, ürək-damar sisteminin yaxşılaşdırılmasında, mərkəzi beynin sisteminin yaxşı olması, düzgün işləməsində bitki yağlarının rolu böyükdür. Adətən insanlar öz yaşadığı iqlimə görə, coğrafi mövqeyə görə olan bitkilərin yağlarından istifadə edir ki, bizdə də əsasən istifadə etdiyimiz zeytun yağı, günəbaxan yağı və yaxud da digər bitkilərin yağlarından istifadə edirik, amma bununla yanaşı fərqli-fərqli ölkələrdə fərqli bitkilərdən də istifadə olunması rast gəlinir. Eyni zamanda da doymamış yağların olması bitki yağlarında daha çox yenə də ürək-damar xəstəlikləri riskini azaldır və yaxşı xolesterolun səviyyəsini qaldırır, pis xolesterolun miqdarını aşağı salır ki, burada da biz pis xolesterol olaraq LDL, yaxşı xolesterol olaraq HDL olaraq qeyd olunur ki, bunu da qeyd etməliyik. Eyni zamanda bitki yağlarında antioksidant tərkibli olduğuna görə iltihaba əleyhinə yaxşı təsir göstərir və bioloji qocalmanın qarşısını alır. Və eyni zamanda da nəzərə almaq lazımdır ki, bitki yağlarının tərkibində doymamış yağlar çox olduğuna görə qızartmalarda bu kimi yağlardan istifadə olunduqda xüsusilə də emal olunmamış yağlardan istifadə olunanda bu, soyuq sıxım olanlardır ki, onlar yüksək istiliyə məruz qaldıqda artıq tərkibindəki doymuş yağ doymamış yağa çevrildiyinə görə trans yağla çevrilir. Burada da zərərli olan akrilamid maddəsi əmələ gəlir ki, bu da orqanizmdə zərərləri kifayət qədər mövcuddur, xüsusilə xərçəng yaradan bir maddədir ki, ona görə yaxşı olar ki, soyuq sıxımlı əldə olunmuş yağlardan qızartmalarda istifadə olunmasın, daha çox salatlarda və çiy şəkildə qəbul edərkən bu şəkildə qəbul etsinlər. Eyni zamanda da yaxşı olar ki, bitki yağlarına üstünlük verən insanlar balanslı şəkildə qidalanmaqla yanaşı, eyni zamanda digər növdən də istifadə etsin. Bişirməli məhsullarda heyvan mənşəli yağlardan istifadə etmək daha üstünlük təşkil etməlidir. Hər bir halda təhlükəsiz, sağlam olmaq üçün balanslı qidalanmanı təmin etmək üçün qidalarımızda hər iki növ yağdan istifadə etməyimiz tövsiyə olunur və xüsusilə də miqdarı keçməmək ən önəmli məsələlərdən biridir. Əgər sağlam, keyfiyyətli mənşəyi bəlli olan yağ olsa belə, gündəlik lazım olan miqdardan artıq miqdarda qəbul olunduqda bu, bir çox xəstəliklərə səbəb olur ki, bunun da başında yenə artıq çəki, piylənmə, ürək-damar xəstəlikləri və artıq kalorinin qəbulundan daxili orqanların yüklənməsi və onların funksiyasının pozulması ilə nəticələnir".


